Modern.az

Avqustda müəllimlərin təkrar sertifikasiyası keçiriləcək

Avqustda müəllimlərin təkrar sertifikasiyası keçiriləcək

Təhsil

25 İyun 2023, 08:00

Avqust ayında ötən il sertifikatlaşdırma prosesində uğur qazanmayan müəllimlərin təkrar sertifikasiyasının təşkili nəzərdə tutulur.

 

Modern.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

 

Onun sözlərinə görə, sertifikatlaşdırma qaydalarına uyğun olaraq tarixlərlə bağlı məlumat müəllimlərin şəxsi səhifələrinə bir ay əvvəldən göndəriləcək.

 

Direktor qeyd edib ki, Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun olaraq sertifikatlaşdırma prosesində ikinci cəhddə də uğur əldə edə bilməyən müəllimlərin müqaviləsinə xitam veriləcək.

 

“Növbəti illərdə digər fənn müəllimləri də sertifikasiya prosesinə cəlb olunacaqlar. Beş il ərzində bütün fənn müəllimlərinin sertifikatlaşdırmadan keçirilməsi planlaşdırılır”, - deyə Nurlan İsmayılbəyli vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək