Modern.az

Prezident nazirlərə ciddi tapşırıqlar verdi - YENİLƏNİB

Prezident nazirlərə ciddi tapşırıqlar verdi - YENİLƏNİB

18 İyul 2013, 16:26
 

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Modern.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı iclası giriş nitqi ilə açıb.

İlin 6 ayının göstəricilərinin müsbət olduğunu, qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini deyən Prezident İlham Əliyev bildirib ki, bu göstəricilər  ilin sonuna qədər müsbət dinamikanın qorunacağını deməyə əsas verir. İlin birinci yarısında  Ümumi Daxili Məhsul 5  faiz , qeyri –neft sektoru təxminən 11% artıb. Əsas  hədəfin qeyri-neft sektorunu inkişaf etdirməkdən  ibarət  olduğunu qeyd edən dövlət başçısı bu istiqamətdə çox ciddi nailiyyətlərin əldə edildiyini, qeyri-neft sektorunda gedən proseslərin  iqtisadiyyatın  ümumi  inkişafının  təzahürü olduğunu  vurğulayıb. Qeyd edilən dövr ərzində kənd təsərrüfatı sahəsində təxminən  5%  səviyyəsində artım olub, ölkə iqtisadiyyatına qoyulan sərmayələr xeyli artıb . Dövlət başçısı qeyd edib ki, xarici investorların Azərbaycana inamı ölkənin ümumi inkişfını əks etdirir.

“12,6 milyard dollar səviyyəsində qoyulan sərmayə çox gözəl göstəricidir. Əgər bu temp saxlanıla bilsə ilin sonuna kimi bu sərmayələrin səviyyəsi 25 milyard dollara çatacaq”, - deyən Prezident İlham Əliyev onu da bildirib ki, hər qoyulan vəsait  ölkə iqtisadiyyatına xidmət göstərir, yeni iş yerlərinin açılmasına şərait yaradır, Azərbaycanın iqtisadi qüdrətini artırır. Bu gün Azərbaycan artıq başqa ölkələrin iqtiasadiyyatına sərmayələr qoyur.  Prezident İlham Əliyev qeyd edib  ki, valyuta ehtiyatlarımız ildən ilə artır və bu gün 48 milyard dollardan çoxdur. Ölkədə aparılan islahatların dünyanın aparıcı maliyyə qurumları tərəfindən də təqdir edildiyini vurğulayan  dövlət başçısı  bildirib ki,  bu islahatlar güclü sosial siyasətlə tamamlanır. Ona görə də hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artır , manatın məzənnəsi sabit  qalır. 6 ayda əhalinin pul gəlirləri 7%-dən çox artıb, inflyasiya isə cəmi 2% olub. Maaşlarda artım qeydə alınıb, orta maaş 520 dollar, orta pensiya 200 dollar səviyyəsindədir. 

 Prezident İlham Əliyev bildirib ki, ölkənin  bölgələri də sürətli inkişaf dövrünü yaşayır , rayonlar, kəndlər abadlaşır,  böyük sənaye müəssisələri yaradılır, işsizliyin səviyyəsi azalır. Bu ilin  sonunda  başa çatacaq  Regionların inkişafı üzrə 2-ci dövlət proqramı ,eyni zamanda Bakı və ətraf qəsəbərlərin inkişafı proqramı uğurla icra edilir. Xarici siyasətdə atılan uğurlu addımlardan danışan Prezident İlham Əliyev son 6 ay ərzində beynəlxalq təşkilatlarla əməkdaşlığa da  böyük diqqət yetirildiyini söyləyib. Dövlət başçısı  müxtəlif  beynəlxalq tədbirlərdə iştirakı və görüşlərini xatırlayıb və bildirib ki, son 1 il ərzində antiazərbaycan, ermənipərəst, ölkəmizin uğurlu inkiaşfını qəbul edə bilməyən qüvvələr fəaliyyətinlərini gücləndiriblər  və bu təbiidir.
Çünki ölkənin müstəqil siyasəti, daxildəki  sabitlik, xoş əhval-ruhiyyə heç də  onları  qane edə bilməz.  Ona görə Avropa İttifaqına səfərinin  xüsusi əhəmiyyət daşıdığını deyən dövlət başçısı bu səfərin müsbət nəticələri , səfər zamanı bir çox məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yarandığını diqqətə çatdırıb.

Daha  sonra Prezident  İlham Əliyev ötən yarım ildə Azərbaycanın öz enerji siyasətini  də uğurla davam etdirdiyini bildirib. Dövlət başçısı ötən ay  Bakıda keçirilən hərbi parada da toxunub və vurğulayıb ki, bu parad ordu quruculuğu işində görülən işlərin hesabatı olmaqla yanaşı Azərbaycan ordusunun qüdrətini bir daha göstərib.

Sonra maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri İsmət Abbasov, nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək ilin birinci yarısında görülmüş işlər barədə dövlət başçısına məlumat veriblər .

İclasa yekun vuran Prezident İlham Əliyev ölkədə maaş və pensiyaların artımı nəzərə alınaraq makroiqtisadi sabitliyə böyük diqqət yetirilməsinin vacibliyini bildirib. Dövlət başçısı dövlət, büdcə xərclərinin, sosail ödəmələr, maaş, pensiyaların artması, investisiya layihələrinin icrası, sovet dövründən banklarda qalan əmanətlərin qaytarılması fonunda inflyasiyanın aşağı səviyyədə saxlanılmasını böyük uğur adlandırıb. Regionların inkşafı üzrə 2-ci dövlət proqramının, həmçinin  Bakı və ətraf  qəsəbərlərin inkiaşfı proqramınin uğurla icra olunduğunu diqqətə çatdıran Prezident İlham Əliyev növbəti aylarda regionlarda kənd yollarının tikintisinin davam etdirilməsinə  böyük diqqət göstəriləcəyini  vurğulayıb .

Dövlət başçısı  Bakı-Tbilisi-Qars dəmiryolunun , Xəzərdə ən böyük dəniz limanının tikintisinin  də uğurla davam etdirildiyini söyləyib. İlham Əliyev Sahibkarlığın inkişafına dövlət  dəstəyinin gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi,  meliorasiya, sənayələşmə, içməli su- kanalizasiya, enerji, qazlaşma layihələrinin icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələrdən də danışıb.  Azərbaycan əhalisinin korrupsiya ilə mübarizə ilə bağlı atılan addımları  dəstəklədiyini  bildirib. ASAN xidmətinin fəaliyyətini xüsusi vurğulayan dövlət başçısı əhali arasında qısa zaman ərzində rəğbət qazanan bu xidmətin  şəbəkəsinin genişlənəcəyini diqqətə çatdırıb. Prezident İlham Əliyev növbəti aylarda qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün tapşırıqlarını verib .

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım