Modern.az

"Xəzər Lənkəran" və "İnter" uduzdu

"Xəzər Lənkəran" və "İnter" uduzdu

Təhsil

19 İyul 2013, 00:30

İyulun 18-də UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib. Modern.az-n məlumatına görə, AvroLiqada Azərbaycanı təmsil edən iki komanda məğlub olaarq azarkeşlərini məyus edib.

"Xəzər Lənkəran" klubu İsraildə çətin səfər oyununa çıxıb. Con Toşakın komandası "Makkabi" (Hayfa) klubunun qonağı olub. "Makkabi" klubu bu görüşün əsas favoriti hesab edilirdi. Görüş 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 25-də Lənkəran şəhər stadionunda keçiriləcək.

***

Bakının "İnter" klubda səfərdə oynayıb. Komandamız Norveçdə "Tromse" klubunun qonağı olub. Hər hissədə qapısından bir top buraxan bakılıra yekunda meydanı məğlub tərk ediblər - 0:2. 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 25-də Bakıda keçiriləcək.

Modern.az


 


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım