Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 16 aprel, 1 və 7 may 2013-cü il tarixdə 94 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 1005 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan etmişdi.
Müsabiqədə iştirak etmək üçün qeydə alınmış
6114 namizədin
35%-ni qadın namizədlər,
76%-ni isə gənclər təşkil edib. Test imtahanı mərhələsində uğur əldə etmiş
1335 nəfərdən
1069-u iddia etdiyi vəzifə üzrə müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb,
266 namizəd isə
5-ci təsnifat inzibati vəzifə üzrə keçid balını toplamayıb, lakin
6 və ya
7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak etmək hüququ əldə edib. Onlardan
139-u bu hüquqdan istifadə edib. Test imtahanı mərhələsini uğurla keçən
1335 nəfərdən
32%-ni qadın namizədlər,
83%-ni isə gənclər təşkil edib.
Komissiyadan
Modern.az-a verilən məlumata görə, hər bir namizədə test imtahanını bitirdiyi an nəticələri əks etdirən arayış təqdim edilib, eyni zamanda nəticələr qurumun rəsmi internet saytında da yerləşdirilib. Test imtahanı mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:
Əmlak Məsələləri Dövlət Komitəsi – qeydə alınmış
862 namizəddən
181 nəfəri;
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası – qeydə alınmış
529 namizəddən
67 nəfəri;
Ekologiya və Təbii Sərvətlər Nazirliyi – qeydə alınmış
500 namizəddən
66 nəfəri;
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – qeydə alınmış
190 namizəddən
64 nəfəri;
İqtisadi İnkişaf Nazirliyi – qeydə alınmış
324 namizəddən
58 nəfəri;
Bakı Apellyasiya Məhkəməsi – qeydə alınmış
169 namizəddən
51 nəfəri.
Müsabiqənin müsahibə mərhələsi
27 iyun
2013-cü il tarixdə başlayıb. İndiyə kimi müsahibədə iştirak etmiş
130 namizəddən
34 nəfəri bu mərhələdən də uğurla keçmişdir. Elan edilmiş müsabiqənin müsahibə mərhələsi
5 dövlət orqanı üzrə başa çatmışdır. Digər dövlət orqanları üzrə müsahibə davam edir.
Modern.az