Modern.az

Mirvari Qəhrəmanlının nəvəsini hədələdilər

Mirvari Qəhrəmanlının nəvəsini hədələdilər

19 İyul 2013, 12:24

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Dövlət Neft Şirkətində çalışan bəzi qadınların seksual zorakılığa təhrik edilməyə məruz qalmaları barədə mətbuata verdiyi açıqlamalarla ailəsinə narahatlıq gətirib.
Modern.az-ın xəbərinə görə, M.Qəhrəmanlının qızı Mətanət Əzizova bildirib ki, dünən axşam onun oğlunun qabağını kəsən iki naməlum kişi hədə-qorxu gəliblər.

”İki naməlum kişinin oğluma "məsləhəti" olub ki, anasının və nənəsinin dilini kəsib, ağızlarını yumsun. Oğlumun yadına "salıblar" ki, kişinin anası polis idarələrini gəzməz və qəzetlərdə şəkilləri çıxmaz. Yaxshi ki, oğlumun ailəmizə olan təzyiqlərdən uşaqlığından xəbəri var. Polis, məhkəmə, döyülmə, maşınla qəsdən üstümüzə sürüb qorxuzmaq, işdən qovulma, şantaj, güdmə və s... Bu həyata öyrəşmişik, çox bir şeyləri bəzən təbəssümlə  qarşılayırıq. Mənim və anamın seçdiyi yoldur bu yol”-deyə Mətanət Əzizova bildirib.

Bununla yanaşı, ilk növbədə ana olduğunu, oğlunun keçirdiyi psixoloji sarsıntını narahatlıqla qarşıladığını deyən M.Əzizova buna dözub, razılaşa bilmədiyini də qeyd edib:

”Ona qarşı zorakılıqdan, provokasiya edilməkdən qorxuram, imtahana 2 gün qalmış keçirdiyi stressdən narahatam, bu uşağın gələcəyindən təlaşlıyam.
Deyə bilərsiniz, ərizə ilə polisə müraciət et. Müraciət edəcəm, amma 2012-ci ilin payızında uşağıma və mənə hədə-qorxu dolu məktub almağım, eviminn qarşısında hədələnib döyülməyim haqda DİN-ə yazdığım ərizənin araşdırılıb nəticəsini görəndən sonra”.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım