Modern.az

Sabahdan hava sərin olacaq

Sabahdan hava sərin olacaq

Təhsil

19 İyul 2013, 12:44

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin verilən məlumata görə, iyulun 20-də güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

İyulun 20-də Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.

İyulun 21-də Bakı və Abşeron yarımadasında külək kəsəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 20-də hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi yerlərdə, əsasən şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım