Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Rezidentura” jurnalının 2-ci sayı nəşr olunub. Jurnalda aşağıdakı materiallar əksini tapıb:
· Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2013/2014-cü tədris ili üçün Rezidenturaya qəbul elanı;
· Rezidenturaya ərizə verən namizəd üçün təlimat;
· “Namizədin Elektron Ərzəsi”ni doldurulma qaydası;
· “Namizədin Elektron Ərzəsi”nin nümunəsi;
· “Namizədin Elektron Ərzəsi”ndə ixtisas seçimi forması (nümunə);
· 2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul aparılan ixtisasların siyahısı;
· Rezidentura səviyyəsi üzrə ixtisasları necə seçməyə və imtahana hansı qəbul proqramları əsasında hazırlaşmağa dair tövsiyələr;
· Test tapşırığı nümunələri (baza və ixtisas fənləri üzrə);
· Namizədlərin cavab verməkdə çətinlik çəkdiyi test tapşırıqlarının izahı və tövsiyələr;
· Açıq tipli test tapşırığı nümunələri.
Rezidenturaya sənəd qəbulu
Rezidenturaya sənəd qəbulu 2013-cü il avqustun 14-dən 23-dək aparılacaqdır.
Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər (namizədlər) malikdirlər. Qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılacaq. Namizəd şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və "TQDK-nın virtual ödəmə kartı"ndan (iş nömrəsindən və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizerez) daxil olmalı və oradakı "Namizədin elektron ərizəsi" formasını doldurulmalıdır.Namizəd virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətindən istifadə etməklə əldə edə bilər.
Bundan sonra namizəd tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Namizədin elektron ərizəsi” formasını təsdiq etdirilməlidir (ətraflı məlumat “Rezidentura” jurnalının 2-ci sayının 4-5-ci səhifələrində və tqdk.gov.az/erizerez səhifəsindəki aktual keçidlərdə verilmişdir).
Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi 2013-cü il sentyabrın 9-da, ikinci mərhələsi 2013-cü il sentyabrın 10-da keçiriləcəkdir.
Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.
İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır.
Namizədlər imtahana gələrkən aşağıdakı sənədləri mütləq özləri ilə gətirməlidirlər:
· Namizədin imtahana buraxılış vərəqəsi
· Şəxsiyyəti təsdiq edən sənədin əslini
İxtisas seçiminə imtahanda topladığı balı baza fənləri üzrə 40-dan,ixtisas fənləri üzrə isə 50-dən az olmayan namizədlər buraxılırlar.
Müsabiqədə iştirak etməyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun olaraq istədiyi ixtisasları seçir və onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləməlidir. (bax: “Rezidentura” jurnalının 2-ci sayı).
Modern.az