Modern.az

Eks-spiker qəzəbləndi: “Bacarmayan ağzını yumub otursun yerində”

Eks-spiker qəzəbləndi: “Bacarmayan ağzını yumub otursun yerində”

Təhsil

19 İyul 2013, 14:58

“Yalan danışmaq üçün gərək xəmirin yalanla yoğrulsun”


Eks-spiker Rəsul Quliyevin ABŞ Konqresinin Helsinki komissiyasında keçirilən Azərbaycanla bağlı dinləmələrin onun tərəfindən təşkil edildiyini deməsi Bakıda birmənalı qarşılanmayıb.

R.Quliyevin bununla bağlı Modern.az-a verdiyi açıqlamadan sonra mediada və sosial şəbəkələrdə həm iqtidar, həm də müxalifət düşərgəsindən olan bəzi şəxslər eks-spikeri yalan danışmaqda ittiham edib. Bəzi müxalif yazarlar da R.Quliyevi qınayanlar sırasına qoşulub.

Bütün bunlar isə R.Quliyevi qəzəbləndirib. Modern.az-ın məlumatına görə, esk-spiker ona qarşı qara piar aparan həmin insanlara sərt şəkildə cavab verib.

“Nəzərinizə çatdırmaq istəyirəm ki, mən bu dinləmələrə heç kimin çağırılmadığını qeyd edəndən bir həftə sonra Azərbaycandan kimlərəsə dəvət gəlib, sadəcə olaraq bunu başa düşmək və hədyan danışmaq lazım deyil. İkincisi, bu dəvətlər həm höküməti təmsil edənlərə, həm də müxalifətə gəlib. Niyə belə bir dəvətnamələr ortaya çıxıb? Çünki dinləmənin formatı dəyişib. Dinləməni komissiyanın konqresmen sədrlərindən heç biri yox, komissiyada işləyən məmur aparıb. Hərçənd hədyan yazılar yazanlar formatın dəyişməsinin nə demək olduğunu çətin ki, anlayalar. Başa düşməyənlər üçün çox ehtimal ki, bu dinləmələr qətnamə şəkilində formalaşmayacaq.

İndi həmin o hədyan yazanlar üçün anlatmağa cəhd edirəm: bu günkü vəzifə ondan ibarətdir ki,  həmin komissiyadan qətnamə alınmasına cəhd edilsin. Azərbaycanda kimsə, həmçinin o hədyan yazanlar belə bir işi görə bilərsə, qolunu çırmasın və fəaliyyətə başlasın, bacarmırsa ağzını yumub otursun yerində. Mənim verdiyim açıqlamada heç vaxt yalan ola bilməz, yalan danışmaq üçün gərək cavanlıqdan xəmirinin mayası yalanla yoğrula”-deyə R.Quliyev hiddətini ifadə edib.

Anar RÜSTƏMOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım