Modern.az

Deputat: “Konqresdəki dinləmələri rəsmi Bakıya zərbə saymıram”

Deputat: “Konqresdəki dinləmələri rəsmi Bakıya zərbə saymıram”

Təhsil

19 İyul 2013, 15:31


“Mən elə hesab etmirəm. O, sadəcə brifinq idi”. Bunu Modern.az-a  açıqlamasında Milli Məclis üzvü, AŞPA-nın irqçilik və ksenofobiya alt komitənin sədri Sahibə Qafarova deyib. “Mən elə bir fikirdə deyiləm ki, ABŞ Konqresində Helsinki dinləmələri hakimiyyətə zərbə oldu. Sadəcə olaraq, müxalifət orda ermənilərin mövqeyində durmuşdu”.

Millət vəkili, AŞPA-dan çoxlu sayda nümayəndə heyətinin seçkiləri izləmək üçün Bakıya gəlmək istədiklərini qeyd etdi. “Mənə nə qədər insan müraciət edib ki, çox istəyirik Bakıya gələk, seçkilərdə müşahidəçi kimi iştirak edək. Əslində, bu həvəsin əsasında yenə də Azərbaycana qarşı maraq dayanır”.

Daha sonra Ermənistan nümayəndə heyəti tərəfindən təhdid olunan moldovalı ombudsmanın məsələsinin AŞPA- da qaldırılmasına toxunan komitə sədri bildirib: “Aureliya Qriqoriu  reallığı, konkret faktları dedi. Ermənilərin bu cür davranışında təəccüblü heç nə görmürəm”.

Xatırladaq ki, Ermənistan parlamentində keçirilən ümumavropa konfransında Moldova parlamentinin ombudsmanı Aureliya Qriqoriu erməni tərəfini Azərbaycan torpaqlarının 20%-ni işğal etməkdə ittiham edib.

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım