Modern.az

Azərbaycanda hərbçiləri aparan avtobus aşıb, ölən və yaralananlar var

Azərbaycanda hərbçiləri aparan avtobus aşıb, ölən və yaralananlar var

Təhsil

19 İyul 2013, 16:37

Azərbaycanda hərbçiləri daşıyan avtobus qəzaya uğrayıb. 

Baş Dövlət Yol Polisi İdarəsindən  APA-ya verilən məlumata görə, hadisə bu gün Şəmkir-Gədəbəy yolunun 4-cü kilometrliyində qeydə alınıb.

 

Hərbçiləri daşıyan “PAZ” markalı avtobus “Toyota Land Cruiser” markalı minik maşını ilə toqquşub və aşıb. Nəticədə avtobusda olan hərbçilərdən biri dünyasını dəyişib, 4-5 nəfər isə ağır xəsarət alıb. Yaralılar Şəmkir hospitalına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım