Modern.az

Klublarımızın Avroliqadakı potensial rəqibləri müəyyənləşdi

Klublarımızın Avroliqadakı potensial rəqibləri müəyyənləşdi

Təhsil

19 İyul 2013, 17:40


Modern.az
xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi baş tutub.
Tədbirdə yarışdakı klublarımızın - "Qarabağ", "İnter" və "Xəzər Lənkəran"ın potensial rəqibləri müəyyənləşib.

"Xəzər Lənkəran" - "Makkabi" oyunun qalibi "Ventspils" (Latviya) - "Jeness" (Lüksemburq) cütlüyünün qalibi ilə düşəcək.
"İnter" - "Tromse" oyunun qalibi isə "Differdanj" (Lüksemburq) - "Utrext" (Hollandiya) cütlüyünün qalibi ilə qarşılaşacaq.
Belə ki, "Qarabağ" -"Piast" oyunun qalibi isə "Anortosis" (Kipr) - "Gefle" (İsveç) oyununun qalibləri ilə görüşəcək.

  Abbas Qəmli  
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım