Azəri Gənclər Alyansı Azərbaycan Diplomatik Akademiyasında “ Xaricdə təhsil alan gənclərin seçkilərdə rolu” mövzusunda ikinci dəyirmi masa təşkil edib. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən toplantıya ekspertlər, taninmış QHT rəhbərləri, hazırda xaricdə təhsil alan və məzun olmuş fəal gənclər və media mənsubları qatılıblar.
Sonra çıxış edən, Azəri Gənclər Alyansının sədri Leyla Məmmədli, AR-nın Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Orxan Ərəbov , ASAİF sədri Ramin Həkimov və digər QHT rəhbərləri, ekspertlər və gənc fəallar qeyd ediblər ki, seçki kampaniyalarında xarici ölkələrdə yüksək ali məktəblərdə təhsil alan və təhsilini bitirib geri dönən gənc mütəxəssislərin bilik və bacarıqlarından lazımınca istifadə etməlidirlər. Gənclər indiki dönəmdə cəmiyyətin təkanverici avnqard hissəsidir. Onlar cəmiyyətdə detanator rolunu oynayırlar və cəmiyyətin digər təbəqələrini də hərəkətə gətirirlər. Bu səbəbdən, xaricdə təhsil alan gənclər öz ailələri, dostları, icması və cəmiyyətlərində müsbət mənada söz sahibi olurlar. Onlar seçki prosesində fəal olmaqla digərlərinə nümunə olmalıdırlar.
“Hər il istər dövlət təqaüdü, istər fərdi qaydada Azərbaycandan xarici ölkələrə yüzlərlə tələbə yollanır, bir o qədər də vətəndaşımız mötəbər ali təhsil ocaqlarını bitirərək mütəxəssis kimi geri dönür. Xaricdə təhsil alan və məzun olmuş gənclərin potensial qüvvəsindən ölkəmizin tərəqqisi naminə daha çox istifadə olunması üçün təşkilatımız qarşıdan gələn seçkilərində gənclərin fəallılığını artırmaq naminə bir sıra mühüm işlər görmək niyyətindədir. Bu gənclərin həm vətəndə, həm də onun hüdudlarından kənarında olan böyük imici və potensialından vətənimizin daha da güclənməsinə sərf etməyi nəzərdə tutmuşuq. Bu gənclər həm fəal təbliğatçı, həm də təşviqatçı rolunda iştirak edəcəklər. Onlar həm özləri fəal seçici olmaqla bərabər, həm də seçkilərdə passiv iştirak edən gənclərin fəallaşmasında fəaliyyət göstərəcəklər. Azərbaycanda 2013-cü ilin prezident seçkilərinin sözün əsl mənasında “gənclərin seçkisi” olması potensialı böyükdür. 19-30 yaş arasında seçicilərin təxminən 30% gənclərin təşkil etməsi buna sübutdur. Bu səbəbdən xarincdə təhsil almış gənc seçicilər fəal iştirak etməli və vətəndaş borclarını yerinə yetirməlidirlər”-deyə təbirin təşkilatçıları bildiriblər.