Modern.az

Söyün Sadıqovun erməni həmkarının İSTEFASI tələb olundu

Söyün Sadıqovun erməni həmkarının İSTEFASI tələb olundu

20 İyul 2013, 13:26


Moskvada “Rusiya erməniləri İttifaqının” sədri Ara Abramyanın postundan istefa verməsi üçün imza kampaniyası başlanıb. Modern.az bildirir ki, bu barədə olan müracət imza toplamaq üçün nəzərədə tutlmuş “Ceync org” portalında yerləşdirilib.

Müraciətdə deyilir ki, “Rusiya erməniləri İttifaqı” yarandığı 13 il ərzində qazandığı titul “konsert-banket kontoru” olub.

“Bu təşkilat Rusiyada hakim partiyanın və iqtidarının maraqlarıa xidmət etməkdən savayı heç bir iş görmür. Yarandığı bu illər ərzində təşkilat erməni icmasının problemləri barədə susmağa üstünlük verib. Digər tərəfədən Ermənistanın daxili işlərinə qarışaraq orada Rusiyanın maraqlarının həyata keçirilməsi ilə məşğul olub. Biz bu təşkilatdan ilk olaraq erməni xalqının maraqlarına qulluq etməyi tələb edirik.  
Təşkilat Ruisya KİV-lərində yer alan antierməni məqalələrinə, Rusiyada ermənilərin pozulan hüquqların müdafiəsində heç bir iş görmür. Cənab Abramyan, biz sizdən tutduğunuz vəzifədən istefa verməyinizi tələb edirik”-deyə müraciətdə deyilir.

Qeyd edək ki, Ara Abramayın rəhbəri olduğu təşkilat bu il azərbaycanlıların Rusiyadakı diaspor təşkilatı olan “Azerros”la birgə Moskvada görüş keçirib. Bu görüş o zaman KİV-də geniş rezonans doğurmuşdu. Ara Abramyan və “Azerros”un rəhbəri Söyün Sadıqov xalqlar arasında olan problemləri müzakirə etmək üçün belə görüşlərin əhəmiyyətli olduğunu bəyan etmişdi.

Modern.az .  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım