2022-ci ildə Azərbaycanın təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 73 min 429 abituriyent iştirak edib.
Modern.az xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində məlumat yer alıb.
Bildirilib ki, onların 16.12%-i 0-100, 26.67%-i 100-200, 21.96%-i 200-300, 25.61%-i 300-500, 9.64%-i isə 500-700 bal toplayıb.
Abituriyentlərdən 2077 nəfər 600 və daha çox bal toplayıb. Yüksək bal toplayanlar respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edirlər. Yüksək nəticə göstərənlər I qrupda 1081, II qrupda 142, III qrupda 344, IV qrupda 510 nəfərdir.