Modern.az

Lisey seçimi sabah yekunlaşır

Lisey seçimi sabah yekunlaşır

Təhsil

3 İyul 2023, 19:24

Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçimlər davam edir.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, lisey seçimi iyulun 4-ü saat 16:00-da başa çatacaq.

 

Lisey seçimi şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsilə həyata keçirilir. Valideynlər şəxsi kabinetə daxil olaraq "İmtahanlar" bölməsindən imtahan nəticələri ilə tanış ola və lisey seçimi edə bilərlər. Bu mərhələdə namizədlərə 3 lisey seçimi təqdim olunur. Hər 3 seçimi etmək zərurəti yoxdur.

 

Qeyd edək ki, iyulun 4-dək valideynlər tərəfindən lisey seçimləri, həmçinin seçilən liseylərin ardıcıllığı dəyişdirilə və yenilənə bilər. Nəticələr seçimlər yekunlaşdıqdan bir neçə gün sonra elan ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək