Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə IV ixtisas qruipu üzrə qəbul üçün keçirilən imtahana buraxılış vərəqəsinin verilməsinə başlayıb.
TQDK-dan Modern.az-a verilən məlumata görə, abituriyentlər "Buraxılış vərəqə"sini almaq üçün komissiyanın saytına daxil olmaqla çap edə bilərlər. //www.tqdk.gov.az/brxvbak/
Qeyd edək ki, IV ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 28-də keçiriləcək.
Modern.az