Ermənistan prezidenti Serj Sərkisyan yenidən məzuniyyətə çıxıb. Modern.az-ın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Sərkisyan məzuniyyətini Avropa ölkələrinin birində keçirəcək.
Qeyd edək ki, Serj Sərkisyan ötən ay da 10 günlük məzuniyyətə çıxaraq xarici ölkələrdən birinə istirahətə yollanmşdı.
Modern.az