Modern.az

Eldar Namazov ABŞ səfərinin təfərrüatlarını açıqladı

Eldar Namazov ABŞ səfərinin təfərrüatlarını açıqladı

22 İyul 2013, 14:36

“Vaşinqtonda çox ciddi və maraqlı görüşlərim oldu”. Modern.az xəbər verir ki, bunu Milli Şura İcra Aparatının rəhbəri Eldar Namazov bildirib. O qeyd edib ki, ABŞ Konqresində Helsinki Komissiyasının Azərbaycan haqqındakı dinləmələri olduqca əhəmiyyətli məsələdir.

Milli Şura rəsmisi bildirib ki, əslində bu dinləmələrin əhəmiyyətini azaltmaq istəyənlər var. “Amma qeyd etmək yerinə düşər ki, Vaşinqtonda bu vaxta qədər Azərbaycanla bağlı ciddi müzakirələr olmayıb. Mən orda Milli Şura ilə bağlı sənədləri Konqresə təqdim etdim. Birinci sənəd vahid namizədin keçir dövrü ilə bağlı idi”-deyən Aparat rəhbəri bildirib ki, ikinci sənəd Milli Şuranın MSK, Baş Prokurorluğa müraciəti barədə detallar haqqında məlumatlardan ibarət idi.

“Konqresdeki tədbirlərdən sonra Ağ Evin Milli Təhlükəsizlik Şurasında da görüşlərim oldu. Birbaşa Azərbaycana görə məsuliyyət daşıyan şəxslərlə müzakirələr oldu”.

Daha sonra isə Eldar Namazov beynəlxalq qruplardan ibarət siyasi texnoloq və mütəxəssislərlə birgə seçki kompaniyasına start verəcəklərini dilə gətirib. “Artıq bizim həmin ekspertlərlə müzakirələrimiz də olub. Yəqin ki, biz bunu rəsmiləşdirəndən sonra seçki kompaniyasına başlayacağıq”-deyə vurğulayıb.

Şura rəsmisi onu da əlavə edib ki, Moskvada da görüşlər keçirib. “Azərbaycan Diasporu ilə də maraqlı müzakirələrimiz oldu”-deyə Moskva səfəri barədə bildirib.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım