Niderland hökuməti 2024-cü il yanvarın 1-dən orta məktəblərdə mobil telefonlar, planşetlər və ağıllı saatlardan istifadə etməyi qadağan edəcək
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi hökumətin açıqlamasına istinadən məlumat yayıb.
Bildirilir ki, hökumət bu yolla dərs zamanı şagirdlərin diqqətinin yayınmasının qarşısını almağı planlaşdırır.
Cihazlara yalnız ciddi ehtiyac olduqda, məsələn, rəqəmsal bacarıq dərsləri zamanı, tibbi səbəblərə görə və ya əlilliyi olan insanlar üçün icazə veriləcək.
"Cib telefonlarının həyatımızın bir parçası olmasına baxmayaraq, onların sinifdə yeri yoxdur", - Niderlandın təhsil naziri Robert Dijkgraaf bildirib.