Modern.az

Rüstəm İbrahimbəyovu xarici imicmeykerlər reklam edəcək

Rüstəm İbrahimbəyovu xarici imicmeykerlər reklam edəcək

22 İyul 2013, 14:48


“Həm ABŞ, həm də Avropa birliyinin əsas hədəfi demokratik prosesləri dəstəkləməkdir. Amma biz də istmərik ki, demokratik proseslər hər hansı xarici amilin dəstəyi ilə həyata keçirilsin”. Modern.az xəbər verir ki, bunu Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun qeydiyyata alınması ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb. Prezident seçkisində Milli Şura xarici imicmeykerlerdən istifadə etməklə piar kampaniyasını quracaq.

Şura rəsmisi bildirib ki, yalnız demokratik seçkilərlə dəyişikliklərə nail olmaq olar. “Əks təqdirdə, ölkədə ciddi sosial partlayış, xaos yaşana bilər”. Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtması məsələsinə də toxunan E. Namazov qeyd edib ki, onda bu haqda ətraflı məlumat olsa da, hələlik mətbuata bu haqda danışmaq istəmir. “Milli Şura olaraq biz onun Azərbaycana qayıtması ilə bağlı ciddi tədbirlər də həyata keçirəcəyik”

E.Namazov daha sonra Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmasınadan söz açıb. Bildirib ki, Milli Şuranın vahid namizədi mütləq qeydiyyatdan keçəcək.

O bildirib ki, Milli Şuranın əsas, ehtiyat və vahid namizədi yalnız Rüstəm İbrahimbəyovdur.

“Biz son qərarları növbəti sessiyalarda verəcəyik. Kütləvi aksiyalarla bağlı məsələlərə də artıq yekun vurulmaq üzrədir”. O həmçinin qeyd edib ki, Milli Şura xaricdən heç bir maliyyə dəstəyi gözləmir. “Bu əslində qanuna da ziddir. Biz isə qanuna uyğun şəkildə işləyirik”-deyə bildirib. E. Namazov onu da əlavə edib ki, Milli Şuraya maliyyə yardımları ilə bağlı məsələ növbəti sessiyalarda müzakirə olunacaq”-deyə vurğulayıb.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım