Modern.az

Direktor vəzifəsi vakansiyaya çıxarılan məktəblərin SAYI

Direktor vəzifəsi vakansiyaya çıxarılan məktəblərin SAYI

Təhsil

5 İyul 2023, 11:30

“Hazırda Azərbaycanda 400-dən çox məktəbdə direktor vəzifəsi boşdur”.

 

Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

 

O bildirib ki, vakant yerlərin yaranması əsasən həmin məktəblərdə direktorların yaş həddinə çatması ilə bağlıdır:

 

“Daha bir səbəb isə nazirlik tərəfindən mütəmadi şəkildə keçirilən monitorinqlər zamanı yol verdikləri nöqsanlara görə bəzi direktorların əmək müqavilələrinə xitam verilməsidir”.

 

Şöbə müdiri xatırladıb ki, 2021-ci ildə pandemiya səbəbindən məktəblərdə vakant direktor yerlərinin sayı çoxalmışdı:

 

“Bu say təxminən 900-ə yaxınlaşırdı. Son illər keçirilən müsabiqələr zamanı bu yerlərin sayı kəskin aşağı düşmüşdü”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək