22 iyul Milli Mətbuat Günü münasibətilə Parlament Jurnalistlər Birliyi tərəfindən ziyafət təşkil olunub.
Modern.az xəbər verir ki, PJB-nin təşkil etdiyi ziyafətdə parlament jurnalistləri ilə yanaşı, Türkiyə Jurnalistlər Federasiyasının sədr müavini Mehmet Ali Dimin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.PJB-nin sədri Elşad Eyvazlı, eyni zamanda Jurnalistlər Federasiyasının sədr müavini Mehmet Ali Dim jurnalistləri 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara yaradıcılığında uğurlar arzu edib. Eyni zamanda Mehmet Ali Dim azərbaycanlı jurnalistləri Türkiyəyə dəvət edib.
Modern.az