Modern.az

“Böyük İpək Yolu” Milli Mətbuat gününü jurnalistlərlə qeyd edib

“Böyük İpək Yolu” Milli Mətbuat gününü jurnalistlərlə qeyd edib

22 İyul 2013, 19:01
 “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 22 iyul Milli Mətbuat günü və təsis edilməsinin bir illiyi ilə bağlı bayram tədbiri keçirib. Tədbirdə ölkədə fəaliyyət göstərən qəzetlərin, internet portasllarının və telekanalların əməkdaşları qatılıb.
Çıxış edən “Böyük İpək Yolu” Beynəlxal Gənclər İttifaqının sədri,  millət vəkili Fuad Muradov təbrik nitqində mətbuatn ölkə həyatında oynadığı rolu yüksək qiymətləndirib. Deputat bildirib ki, jurnalist olmaq böyük məsuliyyət tələb edir.

“Cəmiyyətin jurnalist qələminə həmişə ehtiyacı var. Bu şərəfli  və ağır işdir”-deyən F. Muradov rəhbərlik etdiyi təşkilatın mətbuatla səmərəli əməkdaşlığından məmnun olduğunu vurğulayıb. Daha sonra “Böyük İpək Yolu” BGT-nin xatirə hədiyyələri jurnalistlərə təqdim olunub. 












Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım