Modern.az

Prezident “Qərbi Çıraq” platformasına gedib FOTOLAR

Prezident “Qərbi Çıraq” platformasına gedib FOTOLAR

23 İyul 2013, 13:14

İyulun 23-də Prezident İlham Əliyev “Qərbi Çıraq” platformasında tikinti-quraşdırma işlərinin gedişi ilə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, platformanın təməli 2010-cu ildə qoyulub. “Qərbi Çıraq” dayaq bloku bu vaxtadək Xəzər dənizində quraşdırılmış ən ağır qurğudur. Dayaq blokunun ümumi çəkisi 1500 tonluq üzmə tamponları da daxil olmaqla 18 min 200 tondur. Bloku Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan yerli “Bos Shelf” şirkəti inşa edib. Bu nəhəng qurğunun tikintisinə 2 min insan, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb edilib. İşçi qüvvəsinin təxminən 96 faizi azərbaycanlılar olub.

Prezident İlham Əliyev qurğuda çalışan işçilərlə görüşüb və görülən işlərdən razılığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.













Modern.az

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım