Modern.az

Azərbaycanlı tələbə ABŞ-da 55 min dollar təqaüd alacaq

Azərbaycanlı tələbə ABŞ-da 55 min dollar təqaüd alacaq

Təhsil

6 İyul 2023, 18:02

Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi ABŞ-da doktoranturaya qəbul olunub.

 

Modern.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

 

Belə ki, Arzu Alxanova Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsini 99,17 balla (tədris ingilis dili) bitirib. O, ABŞ-nin Şimali Karolina Dövlət Universitetinin birbaşa doktorantura səviyyəsinə, illik 55 min dollar ABŞ dolları məbləğində tam təqaüdlə qəbul olub.

 

Qeyd edək ki, Arzu Alxanova BMU-ya 611 balla daxil olmuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək