Modern.az

“Heydər Əliyev adına təqaüd”lə bağlı SƏRƏNCAM

“Heydər Əliyev adına təqaüd”lə bağlı SƏRƏNCAM

Təhsil

7 İyul 2023, 11:02

Baş nazir Əli Əsədov “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyun tarixli 3940 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən, Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün təsis edilmiş “Heydər Əliyev adına təqaüd”ün verilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda, bu barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək