Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 21-də keçirdiyi ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb.
Modern.az-ın xəbərinə görə, TQDK bəyan edib ki, I ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:
Bu il I qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Dövlət sifarişli ixtisasların müsabiqəsində ümuni balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
İxtisas seçimi avqustun 6 - dan avqustun 15-dək internet vasitəsilə aparılacaq.
Modern.az