Modern.az

Dini Komitədən yeni təşəbbüs - FOTOLAR

Dini Komitədən yeni təşəbbüs - FOTOLAR

24 İyul 2013, 10:42



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dövlət qeydiyyatından keçmiş icmalara şəhadətnamələr təqdim edib. Komitənin məbuat xidmətindən Modern.az-a verilən məlumata görə, təqdimetmə Dövlət Komitəsi tərəfindən respublikanın müxtəlif bölgələrindən, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən ən aktiv dini icmalarının nümayəndələrinin, tanınmış ilahiyyatçıların, ictimaiyyət nümayəndələrinin  iştirakı “Dini icmaların sosial layihələrinə dəstək” mövzusunda müsabiqəsinin təqdimatı zamanı baş tutub. Mərasimdə 11 dini icmaya şəhadətnamələr təqdim olunub. 

Şəhadətnamə alan icmalar çıxış edərək son bir ildə Dövlət Komitəsinin fəaliyyətində dini icmalarla sıx əməkdaşlığı yüksək qiymətləndiriblər. Qeyd edilib ki, Komitə tərəfindən təşkil edilən bütün tədbirlərə dini icmaların cəlb edilməsi təqdirəlayiq haldır. Tədbir ənənəvi iftar süfrəsi arxasında davam edib.

Yeri gəlmişkən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən respublikanın müxtəlif bölgələrindən, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən ən aktiv dini icmalarının nümayəndələrinin, tanınmış ilahiyyatçıların, ictimaiyyət nümayəndələrinin  iştirakı “Dini icmaların sosial layihələrinə dəstək” mövzusunda müsabiqəsinin təqdimatı da keçirilib.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov dini icmaların nümayəndələrini Ramazan ayı münasibəti ilə təbrik edərək bildirdi ki, cəmiyyətdə sağlam dini maarifçiliyə böyük ehtiyac duyulur. Bu baxımdan Ramazan ayı gözəl fürsətdir və dini icmalar milli-mənəvi dəyərlərimizin təbliği, maarifçilik işinin mərkəzində dayanmalıdır.
“Ramazan vəhdət, qardaşlıq və yardımlaşma ayıdır. Bu ayda birliyimizin, o cümlədən cəmiyyətdə ictimayi həmrəyliyin güclənməsinin ən vacib üsullarıdnan biri sosial problemlərin həllində birgə iştirakdır. Ramazan ayında icmalar təbliğatlarını təkcə dini məsələlər ətrafında deyil, həm də vətənimizin, dövlətimizin və cəmiyyətimiz üçün ümummili maraqlar müstəvisində qurmalıdırlar. Bu baxımdan icmalar dövlət qurumları və cəmiyətlə birgə fəaliyyət göstərdikləri bölgələrin sosial problemlərinin həllində fəal rol oynamalıdılar. Həmçinin fəaliiyətlərində ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərimiz, onların ailələri, qazilərimiz ön planda olmalı, xütbələrdə, dualarda onlar həmişə uca tutulmalıdırlar.”

Dövlət Komitəsinin sədri qeyd edib ki, son bir ildə ölkədə fəaliyyət göstərən dini icmaların cəmiyyətə inteqrasiyasında ciddi irəliləyişlər var. Elşad İskəndərov çıxışı zamanı sosial layihələrə dəstək proqramından danışaraq bildirib ki, Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən dini icmalar üçün sosial layihələrə dəstək sahəsində müsabiqəsinin əsas məqsədi dini icmaların və dindarların cəmiyyətə inteqrasiya olunması və onların cəmiyyət həyatında konstruktiv iştirakının gücləndirilməsi, dini icmaların sosial həyatda faydalı fəaliyyətə cəlb olunması, eləcə də ölkəmizdə dözümlülük prinsiplərinin artırılmasıdır.

Daha sonra İKGF-nin Avrasiya Regional Mərkəzinin  direktoru  Elçin Əsgərov layihə barədə dini icmalara məlumat verib. Bildirib ki, layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilir.  
Təqdim olunan sosial layihələrin istiqamətləri barədə məlumat verən E.Əsgərov bildirib ki, əsas 4 istiqamət üzrə - ekoloji mövzular, yetkinlik yaşına çatmış kimsəsiz uşaqların cəmiyyətə inteqrasiyası,  gənclərin qeyri-formal təhsili, qadınların ictimai həyatdakı aktivliyinin artırılması - layihələr qəbul olunacaq.     

Sosial layihələr üzrə qarantların verilmə qaydaları və şərtlərini açıqlayan E. Əsgərov qeyd edib ki,  layihələr üzrə bir qrantın həcmi 5000 (beş min) AZN məbləğinə qədərdir. “Müsabiqədə qalib gəlmiş layihələr üçün qrantlar üzrə ödənişlər iki mərhələdə həyata keçirilir. İlkin mərhələ çərçivəsində görülən işləri dəyərləndirən Ekspertlər Şurası layihənin ikinci mərhələsi üçün nəzərdə tutulan qalan maliyyə vəsaitinin ayrılması ilə bağlı müvafiq qərar verir”. 

E. Əsgərov onu da əlavə etdi ki, Sosial layihələr üzrə qrant üçün müraciət edən dini icmalar Azərbaycan Respublikası ərazisində hüquqi qeydiyyata malik olmalı və aktiv fəaliyyətləri ilə fərqlənməlidirlər.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev və digərləri Dövlət Komitəsinin təşəbbüsünü dövlət-din münasibətlərində yeni mərhələ kimi xarakterizə edib. Bildirilib ki, bu cür layihələrə dövlətin birbaşa dəstəyi bu din sahəsinə olan diqqətinin nümunəsidir.








Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım