Modern.az

Deputat Bakıda səfərdə olan türkiyəli jurnalistlərlə görüşüb - FOTO

Deputat Bakıda səfərdə olan türkiyəli jurnalistlərlə görüşüb - FOTO

24 İyul 2013, 11:18

Millət vəkili Qənirə Paşayeva Bakıda səfərdə olan türkiyəli jurnalistlərlə görüşüb. Parlament Jurnalistlər Birliyinin dəvəti ilə Alanya Qəzetçilər Cəmiyyətinin üzvlərini Bakıda görməkdən məmnun olduğunu deyən Qənirə Paşayeva bir millət iki dövlət olan Azərbaycanla Türkiyə  arasında  bütün sahələrdə əlaqələrin inkişaf  etdiyini və bu əməkdaşlığın daha da genişlənməsinin hər iki ölkənin bölgədə gücünü daha da artıqdığını bildirib. Dağlıq  Qarabağ  münaqişəsi,  Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan  torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi  barədə fikirlərini söyləyən millət vəkili ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

 Qənirə Paşayeva Alanya Qəzetçilər Cəmiyyətinin üzvlərinə Azər­baycan-Türkiyə əlaqələrinin bu günü və perspektivləri  barədə də fikirlərini bildirib və fikir mübadiləsi aparılıb.

Türkiyənin media nümayəndələri Azərbaycana səfər etməkdən məmnun olduqlarını və Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini bildiriblər. Sonra millət vəkili Qənirə Paşayeva Alanya Qəzetçilər Cəmiyyətinin üzvlərinin suallarını cavablandırıb və geniş fikir mübadiləsi aparılıb. Görüşdə Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və təşkilatın bir sıra üzvləri də iştirak ediblər.



Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım