Space televiziyasının tanınmış aparıcısı İlham Mirzəyev bıçaqlanıb.
Bu barədə AzNews.az-a adıçəkilən telekanaldan məlumat veriblər.
Məlumatda bildirilir ki, bıçaqlanma hadisəsi qonşu Türkiyədə baş verib.
Hazırda aparıcının səhhəti normaldır. Həkim nəzarəti altında olan İlham Mirzəyev özü isə Azərbaycana dönmək istəmir.
Xatırladaq ki, İ.Mirzəyev ötən ay iyunun 14-də axşam saatlarında çalışdığı Space kanalının arxa qapısından çıxıb avtomobilinə yaxınlaşarkən, başqa bir avtomobildən 4 nəfər düşərək onu döymüşdü.
İ.Mirzəyevlə əlaqə saxlamaq mümkün olmayıb, onun nömrəsinə zəng çatmayıb.
***
Tanınmış teleaparıcı İlham Mirzəyevin bıçaqlanması xəbəri yalan çıxdı. Bu barədə “Qafqazinfo”ya İlhan Mirzəyevin prodüseri məlumat verib.
O, sözügedən informasiyanın yalan olduğunu qeyd edib:
“Bu yalan məlumatdır. İlham müəllim Bakıdadır, sağ-salamatdır. Bu gün axşam da Space kanalında yayımlanan verilişinin çəkilişində olacaq”.
Qeyd edək ki, bu gün AzNews.az saytı teleaparıcının Türkiyədə bıçaqlandığı barədə məlumat yayıb.