Modern.az

İran XİN: “Bakıdakı “İmam Əli” klinikası bağlanmayıb” - RƏSMİ AÇIQLAMA

İran XİN: “Bakıdakı “İmam Əli” klinikası bağlanmayıb” - RƏSMİ AÇIQLAMA

24 İyul 2013, 12:13

Azərbaycan paytaxtı Bakıda İmam Xomeyni adına İmdad Komitəsinin “İmam Əli” Klinikası bağlamayıb. Modern.az bildirir ki, bu barədə İran XİN-in mətbuat xidmətinin rəhbəri Abbas Əraqçı keçirdiyi brifinqdə danışaraq bununla bağlı yayılmış məlumatı təkzib edib. Əraqçı bildirib ki, klinikanın fəaliyyətinin dayandırılması texniki məsələdir.

“Bu tam şəkildə texniki məsələdir və klinikanın bağlanmasının Mübarək Ramazan ayı ilə heç bir əlaqəsi yoxdur. Rəsmi Bakı son zamanlar bütün qurumlar üçün bəzi yeni standartlar nəzərdə tutub. Klinika da bu sanitariya-tibb standartlarına özünü uyğunlaşdırmalıdır. İranın da bütün məsələləri, o cümlədən sanitariya, tibb işçiləri, təchizat və klinikanın binası haqdakı məsələləri araşdırıb, standartı əldə etmək üçün öz ekspertlərini bu klinikaya göndərməsi qərara alınıb”-deyə XİN rəsmisi açıqlayıb.

Əraqçinin sözlərinə görə, hər bir ölkə özünün xüsusi standartlarını öz qurumları üçün müəyyən etməkdə haqlıdır. “İran da keçmişdə olduğu kimi, Azərbaycan Respublikasına xidmətlər təqdim etmək üçün tam hazırdır”.

  X.SƏFƏROĞLU  
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım