Modern.az

“SABAH” qruplarında müəllim olmaq istəyənlərin nəzərinə

“SABAH” qruplarında müəllim olmaq istəyənlərin nəzərinə

Təhsil

8 İyul 2023, 14:12

Elm və Təhsil Nazirliyinin “SABAH” (bakalavriat) qruplarında 2023-2024-cü tədris ilinin payız semestrində müxtəlif fənlər üzrə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunurlar.

 

Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.

 

Bildirilib ki, vakant yerlərə müraciətlər iyulun 11-dək qəbul olunur.

 

Müsabiqədə magistr və daha yüksək elmi dərəcəyə malik, mükəmməl səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edən, eyni zamanda, müasir pedaqoji yanaşmaları tətbiq etməyi bacaran, dinamik, pozitiv namizədlər iştirak edə bilərlər.

 

Müsabiqə və vakant yerlər barədə ətraflı məlumatı nazirliyin saytından əldə etmək olar.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək