Modern.az

Xankəndində “İstanbul casusları”na iş kəsdilər

Xankəndində “İstanbul casusları”na iş kəsdilər

24 İyul 2013, 13:02



Dağlıq Qarabağda iki nəfər gənc erməni casusluq etməkdə ittiham olunaraq uzunmüddətli həbsə məhkum edilib. Modern.az saytı xəbər verir ki, Xankəndində keçirilən məhkəmə David Barseqyanı və Rafael Avaqyanı casusluqda və vətənə xəyanətdə təqsirli bilib.

Dağlıq Qarabağdakı separatçı rejimin “ordusu”nda müqavilə əsasında xidmət edən 22 yaşlı Rafael Avaqyan 11 il, tələbə David Barseqyan isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttiham aktının materiallarına görə, onlar 1 il əvvəl “Odnokllasniki” sosial şəbəkəsində İstanbulda yaşayan və özünü Samvel Azatyan kimi təqdim edən şəxslə dostlaşıblar. Azatyanın təklif etdiyi pul qarşılığında guya, Barseqyan və Avaqyan Dağlıq Qarabağda yerləşən strateji obyektlər, o cümlədən hərbi hissələr və canlı qüvvə barədə məlumatlar ötürüblər. Ümumilikdə Azatyandan 1000 dollara yaxın pul alan məhkumlar özlərini günahkar bilməyiblər. Onların iddiasına görə, Azatyan özünü xeyriyyə təşkilatının üzvü kimi təqdim edib. İstintaq isə Samvel Azatyanın kimliyini hələ də müəyyən edə bilməyib.

Hər iki gəncin vəkilləri qərardan apelyasiya şikayəti verəcəklərini bildiriblər.  

Vüqar İsmayılov 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım