Modern.az

Rəsul Quliyevdən İsa Qəmbərə SƏRT MESAJ: “100 yaşlı Müsavat hardan ortaya çıxıb?"

Rəsul Quliyevdən İsa Qəmbərə SƏRT MESAJ: “100 yaşlı Müsavat hardan ortaya çıxıb?"

24 İyul 2013, 13:34

 “Başqanın hərəkətləri demokratik gələcək arzusuna uyğun deyil”

“20 ildir Musavata başqanlıq edənlərin ideyaları, hərəkətləri onların Azərbaycan üçün demokratik gələcək arzuladıqlarına dəlalət eləmir”.

Modern.az bildirir ki, bu sözləri Milli Məclisn keçmiş sədri Rəsul Quliyev sosial şəbəkədə suallara cavab verərkən bildirib. Müsavat üzvlərinin partiyanın tarixi ilə bağlı daim nümunə gətirmələrinə etiraz edən R.Quliyev “100 illk partiya” iddiasını qəbul etmədiyini bildirib.

“Komunist idealogiyasının 180 il, partiyasının isə 120 illik tarixi var. Bunun mətləbə nə dəxli var? Müsavat Partiyası 10 il bolşevik inqilabına qədər, 20 ildə ikinci dəfə Azərbaycan müstəqillik alandan sonra mövcuddur. Yəni 30 il. Bəs bu 100 il haradan ortaya çıxdı? Həmin metodla hesablansa, Əhrar Partiyası Müsavat Partiyasından azı 7 yaş böyükdür. Tarixə getmək Müsavatın xeyrinə olmaz. Ümumiyyətlə, gəlin Koroğluları, Babəkləri bir tərəfə qoyub bu günkü düşdüyümüz vəziyyətə ağlayıb çarə axtaraq”-deyə R.Quliyev yazıb.

Daha sonra Müsavata istehza edən eks-spiker bildirib ki, “bu çarənin dərmanı Musavatın əlindədirsə, hamımız sizə yalvarırıq, bu işi eləyin, xəyalınızdakı qələbələrinizi gerçəkləşdirin”.

Bununla yanaşı, R.Quliyev vurğulayıb ki, Musavat Partiyasının sıravi üzvləri Azərbaycanın gələcəyini istəyib o yolda canından keçməyə hazır insanlardır, onların hamısına hörməti var. R.Quliyev qeyd edib ki, Müsavat Partiyası müxalifət partiyasıdır və onun liderinin seçkilərdə iştirakı seçkilərə demokratik don geydirmək üçün hökümətə fürsət verir.

“Liderin seçkilərdə maksimum 3 faiz səs alıb sonradan “mən qalib gəlmişdim seçkilər saxtalaşdırıldı” deməsinin bu millət üçün nə xeyri ola bilər?”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım