Modern.az

İslam Ölkələri Həmrəylik Oyunlarının Bakıda keçirilməsinə qərar verdi

 İslam Ölkələri Həmrəylik Oyunlarının Bakıda keçirilməsinə qərar verdi

24 İyul 2013, 14:43



2017-ci ildə İslam Ölkələri Həmrəylik Oyunlarının Bakıda keçiriləcəyi rəsmən təsdiqləndi. Modern.az xəbər verir ki, b u barədə qərar iyulun 21-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) VIII Baş Assambleyasında qəbul edilib.  
Qeyd edək ki, 2017-ci il Oyunları uğrunda mübarizədə Bakı yeganə namizəd şəhər kimi qeydə alınmışdı.  

Gənclər və İdman Nazirliyindən Modern.az-a verilən məlumata görə, iyulun 21-dən 25-dək Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 8-ci hesabat-seçki Baş Assambleyası keçirilir.

İclasda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) və İHİF-nın vitse-prezidenti Çingiz Hüseynzadə, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, MOK-nin Beynəlxalq proqramlar üzrə mütəxəssisi və İslam Həmrəyliyi Oyunlarının işçi qrupunun üzvü Mehman Kərimov şəhərin təqdimati ilə çıxış ediblər. Assambleya çərçivəsində Bakı 2017 Namizədlik kitabının təqdimatı olub.

Namizədlik kitabı oyunların vizyon və konsepti, siyasi və iqtisadi vəziyyət, hüquqi aspektlər, gömrük və immiqrasiya, ətraf mühit və meteorologiya, maliyyə, marketinq və kommunikasiya, idman obyektləri və yarışlar, yaşayış obyektləri, nəqliyyat, təhlükəsizlik, tibbi xidmətlər və dopinq nəzarəti bölmələrini əhatə edir. Tədbir iştirakçılarına islam oyunları ilə bağlı hazırlanmış xüsusi video çarx nümayiş etdirilib və çap məhsulları paylanılıb.

Asambleyada səsvermə zamanı, tam yekdilliklə Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarınına ev sahibliyi etməsi haqda qərar qəbul edilib.

Tədbir zamanı İHİF-nın 2013-2017-ci illər müddəti üçün yeni tərkibi müəyyən edilib və Çingiz Hüseynzadə yenidən növbəti 4 illiyə İHİF-nın vitse-prezidenti seçilib. Eyni zamanda struktur dəyişikliyinə əsasən, İHİF 1968-ci ildən bəri fəaliyyəti müddətində ilk dəfə İcraiyyə Komitəsinə xanım nümayəndə olaraq həmyerlimiz Könül Nurullayeva seçilib. Beləliklə, Azərbaycan İslam Həmrəylik İdman Federasiyasında iki nümayəndə ilə təmsil olunan yeganə dövlətdir.

2015-ci ildə İslam Həmrəylik İdman Federasiyasının növbəti Baş Assambleyasının Bakıda keçirilməsi haqda da qərar qəbul olunub.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım