Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında yeni yaradılan Azərbaycan Dil Qurumun rəsmi saytının təqdimat mərasimi olub. Modern.az xəbər verir ki, “adq.az” adı ilə fəaliyyət başlayacaq saytın bir çox özəllikləri var. Belə ki, bu saytdan ilk dəfə olaraq eşitmə, dil qüsuru olan insanlar da yararlana biləcək. Bundan başqa, orfoqrafiya, izahlı və terminologiya lüğətlərinin də ictimaiyyətə bu sayt vasitəsilə daha geniş şəkildə təqdim olunacaq.
Sayt eyni zamanda yazılı mediada çalışan jurnalistlər, müəllimlər tələbələr üçün də nəzərdə tutulub. Adq.az saytında klassik yazarların da əsərləri yer alıb. Tədbirdə media və ictimaiyyət nümayəndələri, Azərbaycan Dil Qurumunun sədri, millət vəkili Sabir Rüstəmxanlı da iştirak edib.