Modern.az

AMEA-dan Mətbuat Muzeyi ilə bağlı açıqlama: “Bu iş Kamal Abdullaya tapşırılıb”

AMEA-dan Mətbuat Muzeyi ilə bağlı açıqlama: “Bu iş Kamal Abdullaya tapşırılıb”

24 İyul 2013, 15:49

“Milli mətbuatının yaranmasının 138 illiyi ilə bağlı Milli Mətbuat Muzeyinin yaradılması qərar verilmişdi və uzun müzakirələrdən sonra onun Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yerləşdiyi binada yaradılması nəzərdə tutulmuşdu”.

Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvi Arif Həşimov deyib. O, qeyd edib ki, o zaman bu iş Kamal Abdullaya tapşırılmışdı.

“İndi məsələnin nə yerdə olduğunu bilmirəm. Rəyasət Heyətinin iclasında bu məsələni Kamal Abdulla qaldırdı və bu iş də ona tapşırıldı. İndi bilmirəm Mətbuat Muzeyinin yaradılması ilə bağlı hansı işlər aparılır”.

Ötən il Milli Mətbuat günü ərəfəsində Parlament Jurnalistlər Birliyi Azərbaycanda Mətbuat Muzeyinin yaradılması təklifi ilə çıxış etmişdi.

  Aytən ƏLİYEVA  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım