“ABŞ, Avropa əslində əvvəllər Azərbaycanda status-kvonun dəyişilməsini tələb edirdi. Ancaq mövcud vəziyyətin dəyişilməsi Azərbaycan iqtidarı üçün böyük risk idi”. Bunu
Modern.az saytına açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu ATƏT Parlament Assambleyasının Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi göndərmək istəməməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə Azərbaycan hakimiyyəti indi status-kvonun dəyişilməsinə razılıq verib.
“Bunun müqabilində seçkilərin daha rahat şəkildə həyata keçirilməsinə də beynəlxalq təşkilatlar razılıq verib”-deyə S. Cəlaloğlu vurğulayıb. Xatırladaq ki, ATƏT Parlament Assambleyasının komitə sədrinin müavini və büro üzvü Azay Quliyev bildirib ki, təmsil olunduğu qurum Azərbaycana 2013-cü ildə keçiriləcək seçkilərə görə müşahidəçi göndərməyəcək.
Aqşin Kərimov