Modern.az

Asan imtahan keçirsək, haqsızlıq olar - RƏSMİ

Asan imtahan keçirsək, haqsızlıq olar - RƏSMİ

Təhsil

10 İyul 2023, 15:26

"Asan imtahanlar keçirsək, haqsızlıq etmiş olarıq".


Modern.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva söyləyib.


"Biz şagirdlərimizin gələcəyi üçün asan imtahanlar keçirərək haqsızlıq etmiş olarıq. Çünki bu gün bütün dünyada şagirdlərdən əlavə nailiyyətlər tələb olunur. Müəllimlər arasından ən yaxşılar, bacarıqlılar özlərini nümayiş etdirəcəklər", - o deyib.

 

Qurum rəsmisi qeyd edib ki, müəllimlərin imtahana cəlb olunması şagirdlərin gələcəyi üçün hesablanıb: "Bununla müəllimin özü də şagirdlə işləməyə tam hazır olur".

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi