Sabiq deputat Gülər Əhmədovanın millət vəkili olduğu müddətdə köməkçisi işləmiş gənc yazar Əhməd Şahidov onu yenidən yada salıb. Modern.az-ın xəbərinə görə, Əhməd Şahidov Facebook-da Gülər Əhmədova üçün darıxdığını bildirərək, onunla bağlı bir şəkil paylaşıb:
”Bu fotonu Gülər Əhmədova çəkib, indicə arxivimdən tapdım. 20-22 Aprel 2012-ci il tarixlərində İstanbulda keçirilən Avropa Birliyi, Avropa Şurası, Mərmərə Universiteti və digər qurumlar tərəfindən düzənlənən “Dəyişən dünyada vətəndaşlıq və demokratiya tədrisində yeni yöntəmlər və problemlər” mövzusunda beynəlxalq simpoziuma getmişdik. Gülər xanımla. Mərmərə Universiteti İstanbulun Asiya tərəfində yerləşdiyindən, biz də məcbur olub gəmi ilə qarşı tərəfə keçdik. Axşam tərəfi millət vəkili Qənirə Paşayeva zəng edib Gülər xanımı bir qrup türkiyəli ziyalı ilə görüşə çağırmışdı, biz də gəmiyə minib həmin görüşə gedirdik. Yadıma düşdü, kövrəldim”.
Xatırladaq ki, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir.
Barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilən eks-deputat hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır.
Modern.az