“Rusiya-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir. Hətta müxtəlif tarixi dövrlərdə bu münasibətlərdə durğunluq və problemlər yaransa da onlar tez bir vaxtda həll olunurdu”. Modern.az bildirir ki, bu açıqlamanı Rusiya Prezident Administrasiyasının xarici dövlətlərlə regionlararası və mədəni məsələlər üzrə idarənin rəhbəri Vladimir Çernov verib.
Çernov qeyd edib ki, iki ölkə arasındakı münasibətlər strateji xarakter daşıyır.
“Yaxınlarda Volqoqrad şəhərində “Rusiya-Azərbaycan: bölgələrarası dialoq 2013” forumu keçirildi. Bu forum ölkələrimiz arasında dost münasibətlərin inkşafının göstəricisidir. Belə forumlar nəinki dövlətlərin iqtisadiyyat, elmi-texniki, humanitar sahələrdə münasibətlərinə təkan verir, həm də aramızdakı dost və mədəni əlaqələri də möhkəmləndirir“.
“Bizim xalqlarımız bir-birini çox yaxşı tanıyır və sıx əlaqə saxlayır”-deyə V.Çernov fikirlərionin yekunlaşdırıb.
Vüqar İsmayılov