Modern.az

MİQ-də 1-ci seans imtahan yekunlaşdı 

MİQ-də 1-ci seans imtahan yekunlaşdı 

11 İyul 2023, 14:00

İyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.


Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən məlumatına görə, imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4400 namizəd dəvət olunub. Saat 10:00-da başlayan 1-ci seans imtahanlar 12:30-da yekunlaşıb.

 

İmtahan iştirakçılarına 60 sual təqdim olunub - 20 metodika, 40 sual ixtisası əhatə edirb. Cavablar 100 ballıq şkala ilə qiymətləndirilir. İxtisasda bir sual 2 bal, metodikada isə 1 baldır. 4 səhv 1 düzü aparır.

 

İmtahanın müddəti 150 dəqiqədir.

 

Məlumata görə, müəllimliyə namizədlər sualların çətin olmasından şikayətləniblər. Xüsusilə kurikulum sualları ilə bağlı narazılıq edənlər var.

Sizə yeni x var
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var