Modern.az

Rüstəm İbrahimbəyov Bundestaqda rəsmi görüşdə - FOTOLAR

Rüstəm İbrahimbəyov Bundestaqda rəsmi görüşdə - FOTOLAR

25 İyul 2013, 12:50



Almaniyada səfərdə olan Milli Şuranın prezident seçkilərində vahid namizədi Rüstəm İbrahimbəyov Bundestaqda görüş keçirib. O, “Zenith” jurnalına və “Die Tageszeitung” qəzetinə müsahibələr verib.
Modern.az “Meydan” TV-yə istinadən bildirir ki, vahid namizəd Almaniyada yaşayan azərbaycanlılarla görüşüb, “Meydan” TV-yə müsahibəsində isə İbrahimbəyov Bakıya qayıdacağı halda həbs ediləcəyi barədə yayılmış qeyri-rəsmi məlumata münasibət bildirib:

“Həbs olunmaq üçün səbəblər göstərilməlidir. Belə bir səbəblər yoxdur. Cinayət işi açılanda bununla bağlı məlumat verilir. Mənə belə bir məlumat verilməyib. Belə bir xəbərin yayılmasının məqsədi məni qorxutmaqdır. Amma məqsədlərinə çatmayacaqlar”.

R.İbrahimbəyov Bakıya gələcəyi dəqiq tarixi də açıqlayıb. O bildirib ki, iyulun 31-də saat 12 radələrində Tiflis-Bakı təyyarə reysi ilə Bakıya gələcək. 


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım