Müəllimlərin işə qəbulu imtahanında kimya fənni üzrə ən yüksək bal toplayan şəxs Novruzov Vüsal Hidayət oğlu olub.
Modern.az xəbər verir ki, o, 93.75 bal toplayıb.
Vüsal Novruzov Masallı rayonun Ərkivan qəsəbəsindəndıdir.
Qeyd edək ki, iyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.
İmtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub.