Modern.az

Əmlak Komitəsi: 2013-cü ildə 490-a yaxın müəssisə, 390-a yaxın obyektin yerləşdiyi ərazi özəlləşdirilib

Əmlak Komitəsi: 2013-cü ildə 490-a yaxın müəssisə, 390-a yaxın obyektin yerləşdiyi ərazi özəlləşdirilib

25 İyul 2013, 14:44

Bu günə kimi 6314 hüquqi şəxs statuslu dövlət müəssisəsi və onların 7536 filialına (cəmi 13850) məxsus olan 148769 daşınmaz əmlak barədə məlumatlar Registrdə qeydiyyata alınıb. Bu barədə Modern.az-a Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib. O bildirib ki, 2013-cü ildə ümumilikdə ölkə üzrə kiçik özəlləşdirmə formasında 490-a yaxın müəssisə və obyekt özəlləşdirilib. Cari ildə 390-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.

Komitə səlahiyyətlisi onu da bildirib ki, özəlləşməyən dövlət obyektləri də var. “Amma onlar da özəlləşdiriləcək. Hələ ki, proses davam edir. Özəlləşdirmə mərhələli şəkildə həyata keçiriləcək”. Qulu Xəlilovun sözlərinə görə, hesabat dövründə 380-ə yaxın qeyri-yaşayış sahəsi, 350-yə yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

İyul ayının biri üçün ƏMDK-nın sərəncamında olan 69 dövlət müəssisəsi və 296 dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətləri 2012-ci ilin illik balans hesabatları və inventarizasiya aktları təqdim ediblər. Komitə rəsmisi onu da qeyd edib ki, 2013-cü il yeddi ayı ərzində ölkə üzrə 82 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 23 mindən çoxu ilkin, 59 minə yaxını isə təkrar qeydiyyata aid olub. 2013-cü ilin birinci yarısında 74 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport və 63 mindən çox daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 64 mindən çox məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 13 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib.  

Gültəkin ƏLƏSGƏR
   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım