Modern.az

“Xəzər Lənkəran” rüsvay oldu, “İnter” də uduzdu

“Xəzər Lənkəran” rüsvay oldu, “İnter” də uduzdu

25 İyul 2013, 23:11

"X?z?r L?nk?ran" rusvay oldu (YENIL?NIB)Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilir. Modern.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən 3 klubdan ikisi ələnib, 1-I isə növbəti mərhələyə yüksəlib.

“Xəzər Lənkəran” öz meydanında İsrailin “Maccabi” (Hayfa) klubunu qəbul edib. İlk oyun Hayfada komandamız üçün 0:2 hesabı ilə bitdiyindən, lənkəranlıların işi çətin idi. “Xəzər Lənkəran”  məğlubiyyətin əvəzini çıxmaq əvəzinə çox biabırçı hesabla yenildi.

Lənkəran şəhər stadionunda İsrail komandası özünü əsl meydan sahibi kimi aparıb və komandamızın qapısından düz 8 top keçirib. 0:8 hesablı məğlubiyyətlə barışan “Xəzər Lənkəran” mübarizəni dayandırıb.

Bakının “İnter” klubu da cavab oyununu öz meydanında keçirib. Komandamızın rəqibi Norveçin “Tromse” klubu idi. “İnter” rəqib meydanında keçirilən ilk oyunda 2 cavabsız qolla uduzmuşdu.
Paytaxt klubunun mərhələ adlaması üçün öz qapısını toxunulmaz saxlamaq şərti ilə 3 cavabsız qol vurması lazım idi. Amma “İnter”in gücü 1 top vurmağa çatıb - 1:0. Qələbəyə baxmayaraq “İnter” klubu da mübarizədən kənarda qalıb.

Modern.az    

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım