Modern.az

TQDK sədri valideynlərə xəbərdarlıq etdi

TQDK sədri valideynlərə xəbərdarlıq etdi

26 İyul 2013, 12:36

“Yalnız Ukraynada hazırda attestat təqdim etməklə ali məktəblərə qəbul mümkündür”. Modern.az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, valideynlər Ukraynaya ali məktəblərə gedərkən fikirləşməlidirlər ki, nəyə görə ora gedirlər.

"Hansısa məktəbdən diplom almaq, yoxsa övladının mütəxəssis kimi yetişməsi üçün? Bu, təhsil sahəsində turizmdir də fikirləşməlidirlər ki, nə üçün ora gedirlər?”. M. Abbaszadə eyni zamanda bildirib ki, bu gün buraxılış və ali məktəblərə qəbul imtahanlarının birləşdirilməsinin gündəmə gəlməsi düzgün deyil. “Orta məktəbdə təhsilin səviyyəsinin yüksəldilməsi üçün addımlar atılır. Mərhələ-mərhələ elə səviyyəyə gəlib çata bilərik ki, müəyyən ixtisaslara attestat təqdim etməklə ali məktəbə qəbul mümkün ola bilər. Ən azı 5 ildən sonra bu, mümkün ola bilər. Ancaq elə ixtisaslar, ali məktəblər olacaq ki, ora qəbul imtahanla olacaq. Hər il Rusiyada Vahid İmtahan Sistemində çoxlu sayda qalmaqallar yaşanır. Ona görə də burada Rusiyadan nümunə götürmək cəhdləri yersizdir”.

 

Aytən ƏLİYEVA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım