Modern.az

Məleykə Abbaszadə kolleclərə sənəd verəcək abituriyentləri tələsdirdi

Məleykə Abbaszadə kolleclərə sənəd verəcək abituriyentləri tələsdirdi

26 İyul 2013, 12:39

“Ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas məktəblərinə 13559 nəfər sənəd verib”. Modern.az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. “9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb və avqustun 15-də başa çatacaq. Amma avqustun 16-da abituriyentlərin yadına düşəcək ki, onlar hələ sənəd verməyiblər. Ona görə abituriyentləri vaxtında sənəd verməyə çağırıram”

M. Abbaszadə bildirib ki, bu il və keçən il orta məktəblərdə buraxılış imtahanları TQDK tərəfindən aparıldığından həmin illərin məzunlarının ərizələrinin təsdiqlətməsinə ehtiyac yoxdur. “Çünki onların şəhadətnamələrində hansı qiymət almaları barədə məlumat bizdə var. Ancaq əvvəlki illərin məzunları öz ərizələrini bizim tərfimizdən yaradılmış Sənəd Qəbulu Komissiyalarında təsdiqlətməlidirlər”. TQDK sədri bildirib ki, ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas məktəblərinə 13496 nəfəri Azərbaycan, 63 nəfəri rus bölməsi üzrə sənəd verib.  

 

Aytən ƏLİYEVA  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım