Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ali məktəblərə sənəd verənlərin nəticələrinin ildən-ilə artdığını qeyd edib. O, qeyd edib ki, 500-dən yuxarı nəticə göstərən mülki ali məktəbləri deyil, hərbi ali məktəblərə qəbul olurlar. “Məsələn, Daxili İşlər Nazirliyinin Polis Akademiyasına III qrup üzrə daxil olanlardan 135 nəfəri 500-dən yuxarı bal toplayıb ki, bunun 35 nəfəri 600-dən yuxarı nəticə göstərib. M. Abbaszadənin verdiyi məlumata əsasən, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Akademiyasına sənəd verənlərdən 33 nəfəri 500-dən yuxarı bal toplayıb ki, bunun 12 nəfəri 600-dən yuxarı nəticə göstərib. Eyni zamanda MTN-in I ixtisas qrupunda olan sənəd verənlərdən 11 nəfəri 500-dən yuxarı bal toplayıb ki, bunun 2 nəfəri 600-dən yuxarı nəticə göstərib. “Fövqəlada Hallar Nazirliyinin I qrupda olan 2 ixtisasına 12 nəfər 500-dən yuxarı bal toplayıb ki, onun 2 nəfəri 600-dən yuxarı nəticə göstərib”.
TQDK sədri eyni zamanda bildirib ki, hər ixtisas qrupu üzrə sənəd verənlərin təxminən 40 faizi əvvəlki illərin məzunlarıdır ki, onlar da yaxşı nəticə göstərmirlər. “Onların nəticələri elə də yaxşı deyil. Məzunların nəticələri onların nəticələrindən yaxşıdır. I ixtisas qrupuna 35 min adam imtahan vermişdisə, onun 50 faizi 90 baldan aşağı nəticə göstərib. Amma biz I qrupun məzunlarını götürsək, 20453 nəfər imtahan veribdisə, bu çoxluğun yarısı 149 bal toplayıb. Demək onların yarısı təxminən 10 faizi 150 baldan yuxarı nəticə göstərib. Həmin uşaqlar üçün biz bu şansı veririk. Çünki biz görürük ki, I ixtisas qrupuna sənəd verən əksər oğlanlar hərbi xidməti başa vurub qayıtdıqdan sonra elə də yaxşı nəticə göstərmirlər. Bunu cədvəldən də aydın görmək olar”.
I qrup
Bütövlükdə |
| Məzunlar 2013 | Digər | |||
0-100 | 18616 | 52.41 | 7658 | 37.44 | 10958 | 72.73 |
100-200 | 7589 | 21.37 | 4723 | 23.09 | 2866 | 79.02 |
200-300 | 4299 | 12.10 | 3413 | 16.69 | 886 | 5.88 |
300-500 | 3813 | 10.74 | 3471 | 16.97 | 342 | 2.27 |
500-600 | 8031 | 2.34 | 820 | 4.01 | 11 | 0.07 |
600-700 | 3071 | 1.04 | 3068 | 1.80 | 3 | 0.02 |
| 35519 | 100.00 | 20453 | 100.00 | 15066 | 100. |
III qrup
|
|
|
|
|
|
|
0-100 | 7831 | 28.18 | 3543 | 22.10 | 4288 | 36.45 |
100-200 | 6986 | 25.13 | 3367 | 21.01 | 3619 | 30.76 |
200-300 | 4684 | 16.85 | 2807 | 17.51 | 1877 | 15.95 |
300-500 | 6246 | 22.47 | 4440 | 27.70 | 1806 | 15.35 |
500-600 | 1505 | 5.41 | 1346 | 8.40 | 159 | 1.35 |
600-700 | 542 | 1.95 | 526 | 3.28 | 16 | 0.14 |
| 27794 | 100.00 | 16029 | 100.00 | 11765 | 100.00 |