Modern.az

Şəfiqə Axundovanın harada dəfn ediləcəyi hələ bilinmir

Şəfiqə Axundovanın harada dəfn ediləcəyi hələ bilinmir

26 İyul 2013, 13:28


Xalq artisti Şəfiqə Axundovanın harda dəfn olunacağı hələlik məlum deyil. Bu barədə Modern.az-a açıqlamasında bəstəkarın bacısı Rəfiqə Axundova məlumat verib: "Hələ ki harda dəfn olunacağını bilmirik. Bu dəqiqələrdə Şəfiqə xanımın cənazəsini xəstəxanadan çıxarırıq".

Qeyd edək ki, Şərqdə ilk opera yazan bəstəkar qadın, Azərbaycanın xalq artisti Şəfiqə Axundova bu gün günorta saatlarında müalicə olunduğu 1 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib.

Mədəniyyət və Turizm Nazirliyindən də mərhum bəstəkarın harada dəfn olunacağının dəqiqləşmədiyini bildiriblər.  

Modern.az
 
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım